BANK

“Zaminbank”ın vəziyyəti məlum oldu
19 MAY
2751

“Zaminbank”ın vəziyyəti məlum oldu

2016-05-19 14:13:00

“Zaminbank” bu ilin 1-ci rübünün yekununa dair maliyyə göstəricilərini açıqlayıb.  “Zaminbank” bu ilin 1-ci rübünü 2 milyon manat mənfəətlə başa vurub. Bu barədə fins.az-a bankdan bildirilib.

Aktivlərini artırıb 

Məlumata görə, 3 ayın yekununda “Zaminbank”ın cəmi aktivləri 498,7 milyon manat təşkil edib. Bu da 2015-ci ilin yekunu ilə müqayisədə təxminən 3% çoxdur. Rüb ərzində bankın cəmi öhdəlikləri 3% artaraq 426,6 milyon manat, cəmi kapitalı isə 3,9% artaraq 58,3 milyon manat təşkil edib.

Problemli kreditləri 2 milyon manat artıb

1-ci rübün yekununda “Zaminbank”ın kredit portfeli ötən ilin sonuna nisbətən 0,7% azalaraq 302,1 milyon manat olub. Bunun 15,2 milyon manatı və yaxud 5%-i vaxtı keçmiş kreditlər təşkil edib. İlin əvvəlindən bəri bankın problemli kreditləri 2 milyon manat artıb.

Eləcə də bax: "Zaminbank" nağd pul çatışmazlığını etiraf etdi

Əmanətləri 6 milyon manat azalıb

3 ayın  yekununa görə, “Zaminbank”ın depozit portfeli isə 80,7 milyon manat təşkil edib. Bu isə əvvəlki rübdən təxminən 6 milyon manat azdır. Bank həmçinin Mərkəzi Bank qarşısında 78,8 milyon manatlıq öhdəliyə malikdir. 

Bu dövr üçün bankın faiz gəlirləri 7,3 milyon manat, faiz xərcləri isə 2,5 milyon manat təşkil edib. Bank qeyri faiz əməliyyatlarında gəlir əldə etməyib, əksinə 1,3 milyon manat zərərə düşüb. Bankın qeyi-faiz xərcləri 1,5 milyon manat olub. Beləliklə, bankın xalis mənfəəti 2 milyon manat olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272