BANK

Hansı bank daha effektiv işləyir? - ARAŞDIRMA
18 MAY
1509

Hansı bank daha effektiv işləyir? - ARAŞDIRMA

2016-05-18 16:04:00

Bu dəfə fins.az Azərbaycan banklarının nə dərəcədə effektiv işlədiyini araşdırıb. Bunun üçün bankların 2016-cı ilin 1-ci rübünün yekununda əldə etdikləri mənfəət onların məcmu kapitalları və cəmi aktivləri ilə müqayisə edilib. 

Araşdırma nəticəsində məlum olub ki, 3 ayın yekununda mənfəət açıqlamış 13 bank arasında məcmu kapitalına görə ən effektiv işləyəni Azər Türk Bank olub. 60,7 milyon manat kapitalı olan bank 7,9 milyon manata yaxın xalis mənfəət əldə edib. Bu isə təxminən 13% effektivlik deməkdir. 

Kapitalına nisbətdə ən zəif nəticəni isə Rabitəbank göstərib. Bank 58 milyon manat kapitala malik olsa da, cəmi 12 min manat xalis mənfəəti olub. Yəni, effektivliyi 0,02%-dir. 

Aktivlərin ən yüksək effektivliyi isə Caspian Development Bankda qeydə alınıb – 4,6%. Bankın cəmi 120 milyon manat aktivi olsa da, 5,5 milyon manat xalis mənfəət əldə edib. 

Aktivlərin ən aşağı effektivliyi isə cüzi mənfəət əldə etmiş Rabitəbankdadır. 428,2 milyon manat cəmi aktivlərə baxanda bankın 12 min manatlıq mənfəəti heç nədir.

Aşağıdakı cədvəllə bankların xalis mənfəət göstəricilərinin onların məcmu kapitallarına və cəmi aktivlərinə nisbətini görə bilərsiniz:

 

 

Kommersiya bankının adı

Xalis 

Mənfəət

(milyon manatla)

Cəmi

Aktivlər

(milyon manatla)

Aktivlərin effektivliyi

Məcmu Kapital

(milyon manatla)

Kapitalın effektivliyi

AFB Bank

1,372

373,641

0,37%

80,084

1,71%

Atabank

6,113

491,380

1,24%

60,037

10,18%

Azərbaycan Sənaye Bankı

2,673

668,401

0,40%

80,296

3,33%

Azər Türk Bank

7,889

1 233,746

0,64%

60,717

12,99%

Bank Avrasiya

1,757

120,542

1,46%

52,963

3,32%

Bank Silk Vey

5,466

374,962

1,46%

112,577

4,86%

Caspian Development Bank

5,502

120,001

4,59%

64,536

8,53%

Pakistan Milli Bankı Bakı Filialı

0,093

11,173

0,84%

10,415

0,90%

Muğanbank

0,507

557,281

0,09%

58,204

0,87%

PAŞA Bank

36,904

1 963,387

1,88%

398,027

9,27%

Rabitəbank

0,012

428,161

0,00%

58,037

0,02%

Yapı Kredi Bank Azərbaycan

1,598

419,218

0,38%

62,850

2,54%

Ziraat Bank Azərbaycan

1,995

114,896

1,74%

56,098

3,56%

Araşdırma yalnız hesabatını açıqlamış və rübü mənfəətlə başa vurmuş bankları əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270