BANK

Problemli kreditlər 10%-i keçəcək - FİTCH
18 MAY
239

Problemli kreditlər 10%-i keçəcək - FİTCH

2016-05-18 14:53:00

Fitch agentliyi MDB və Gürcüstan banklarının dollarlaşması (Dollarisation in CIS/Georgian Banking Sectors» hesabatını açıqlayıb.

Müəlliflərin fikrincə, Azərbaycan bankları Ukraynalı analoqları ilə birgə yüksək dollarlaşma səviyyəsinə malikdir. Onlar manatın devalvasiyasından ciddi ziyan görüb. Rusiya, Belarus və qazaxıstan bankları qismən az ziyan çəkib. Valyutaları dollardan asılı olsa da, Ermənistan və Gürcüstan bankları daha az çətinliklə üzləşib.

Azərbaycan bankları qısa açıq mövqe üzündən xarici valyutada itirib. Dollarlaşma problemli kreditlərin artması ilə nəticələnib. İlin sonu üçün pnların payı 10%-ə (indi 7%-dir) çata bilər.

Hesabatda qeyd olunur ki, Manatın devalvasiyasından sonra dollar depozit hesablarına keçib. 

Azərbaycanda neftin ucuzlaşması banklarda kapitallaşma problemi yaradıb, bu, iqtisadiyyatın bu sektoruna güclü təzyiq edir, deyə hesabatda bildirilir.

Mənbə:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271