BANK

Azərbaycan bankı səhmdarlarına divident ödəyəcək - YENİLƏNİB
18 MAY
763

Azərbaycan bankı səhmdarlarına divident ödəyəcək - YENİLƏNİB

2016-05-18 15:00:00

Bir qədər əvvəl “Kapital Bank”ın səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib. Fins.az-ın əldə etdiyi məlumata görə, yığıncaq bankın İdarə Heyətinin sədr müavini Yaşar Məmmədovun rəhbərliyi ilə baş tutub. Toplantıda səhmdarlara bildirilib ki, “Kapital Bank” ötən il təxminən 62 milyon manat xalis mənfəət əldə edib. Səhmdarlara hər bir səhmin nominal dəyərinin 1/3-i qədər (4,13 manat) divident çatacaq. 

Xatırladaq ki, “Kapital Bank”ın səhmlərinin 99,87%-i “PAŞA Holdinq”ə, qalanı isə təxminən 175 minoritar səhmdara məxsusdur. Bankın nizamnamə kapitalı hər birinin nominal dəyəri 12,39 manat olan 15 milyon səhm əsasında formalaşıb – 185 milyon 850 min manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275