BANK

“Bank Standard”ın işə düşəcəyi tarix – MƏLUM OLDU
18 MAY
1420

“Bank Standard”ın işə düşəcəyi tarix – MƏLUM OLDU

2016-05-18 12:22:00

Bu ayın əvvəlində “Bank Standard” bütün bank əməliyyatlarını dayandırıb və iyunun 3-də bərpa edəcək. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, yaxın 16 gün ərzində bank yalnız kredit ödənişlərini qəbul edəcək. Əməliyyatların dayandırılması ilə əlaqədar hazırda bankın bankomatlarının da işinə fasilə verilib. Maaş kartı hesabından pul çıxarmaq istəyənlər bunun üçün yalnız “Bank Standard”ın baş ofisinə şəxsiyyət vəsiqələri və bank kartları ilə yaxınlaşmalıdır. Şəxsi hesab (debet kart) sahibləri isə iyunun 3-nə qədər gözləməli olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271