BANK

Avro 5 aylıq minimumda
18 MAY
419

Avro 5 aylıq minimumda

2016-05-18 10:47:00

Bu gün Azərbaycanda avronun rəsmi məzənnəsi 5 aylıq fasilədən sonra 1,7 manatdan aşağı düşüb. Fins.az-ın məlumatına görə, Mərkəzi Bank Avropanın vahid valyutasının Azərbaycan manatına nəzərən qiymətini 1,6948 manat müəyyən edib. Sonuncu dəfə avro ötən il, dekabrın 22-də, manatın təkrar devalvasiyasından 1 gün sonra təxminən bu qiymətə olub. Mərkəzi Bank həmin gün avronun məzənnəsini 1,6939 manat müəyyənləşdirib. Ondan sonra avro bahalaşmaqda davam edib və martın 11-də onun məzənnəsi pik həddə - 1,8378 manata çatıb. Sonradan isə avro manat qarşısında ucuzlaşmağa doğru gedib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275