BANK

"Azərbaycan banklarının İranda filialları açıla bilər" - AÇIQLAMA
17 MAY
460

"Azərbaycan banklarının İranda filialları açıla bilər" - AÇIQLAMA

2016-05-17 08:51:00

Mayın 16-da Tehranda Azərbaycan və İran mərkəzi banklarının sədrləri arasında görüş keçirilibSöhbət zamanı İran mərkəzi bankının sədri Vəliyullah Seyf broker əməliyyatlarının həyata keçirilməsi üçün təklif edib ki, Azərbaycan və İran bir neçə bank təqdim etsin və həmin banklar qarşılıqlı  nümayəndəliklər açmaq imkanına  malik olsunlar. 

İran Mərkəzi Bankının sədri Azərbaycan və İran arasında fəaliyyət göstərəcək banklar vasitəsi ilə müştərək məsələlər haqqında daha çox razılıqların əldə olunmasını istəyib:  “İki ölkənin  ticarət əlaqələrinin asanlaşdırılması üçün lazımdır ki, hər iki ölkənin Mərkəzi Banklarında müştərək hesablar açılsın, ixracat və idxalat və digər ticari mübadilələr bu hesablarda mərkəzləşdirilsin və vaxtlı-vaxtında  nağdlaşdırılsın”. V.Seyf həmçinin bank nəzarəti məsələlərində  texniki təcrübə mübadiləsinin aparılmasını da təklif edib.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov İrana səfərindən məmnunluğunu dilə gətirərək deyib: “Müstəqil bankın yaradılması təklifini müsbət addım kimi dəyərləndiririk.  Səfərdə məqsədimiz  iqtisadi və bank sahəsində əməkdaşlıqların artırılması və Azərbaycan banklarının İranda filiallarının açılmasını təmin etməkdir. Azərbaycan və İran Mərkəzi Bankları arasında texniki əməkdaşlıqları alqışlayırıq. Təcrübə mübadiləsi ilə müsbət nəticələr əldə  edə bilərik”

APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271