BANK

İran Azərbaycana birgə bank və komissiya yaratmaq- TƏKLİFİ
16 MAY
240

İran Azərbaycana birgə bank və komissiya yaratmaq- TƏKLİFİ

2016-05-16 18:17:00

İran daha sıx ikitərəfli əməkdaşlıq üçün Azərbaycana birgə bank və pul-kredit komissiyası yaratmağı təklif edib.

Bunu İran Mərkəzi Bankının sədri Vəliyullah Seyf Tehranda azərbaycanlı həmkarı Elman Rüstəmovla görüşdə deyib.

V.Seyf Azərbaycanda İran banklarının, İranda isə Azərbaycan banklarının filiallarının açılmasını təklif edib.

Öz növbəsində, E.Rüstəmov birgə hesabların açılması ideyasını dəstəkləyib, lakin bunu Azərbaycan Beynəlxalq Bankı vasitəsilə etməyi təklif edib.

Onun sözlərinə görə, birgə bankın yaradılması iki ölkə arasında bank sahəsində əlaqələri də gücləndirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272