BANK

“Unibank”dan dollar kreditlərinə - “SÜRPRİZ” GÜZƏŞT
16 MAY
10099

“Unibank”dan dollar kreditlərinə - “SÜRPRİZ” GÜZƏŞT

2016-05-16 14:40:00

“Unibank” dollar kreditlərinin ödənilməsi ilə bağlı yeni kampaniyaya başlayıb. Bu barədə fins.az-a bankdan bildirilib.

Avqust ayına qədər davam edəcək kampaniyanın şərtlərinə görə, banka ödəniş edən müştərinin əsas borcu ödənilən məbləğin 15%-i qədər əlavə olaraq azaldılır. Məsələn, müştəri banka 100 dollar ödəyirsə, bu, 115 dollar ödənilməsi kimi qəbul edilir və əsas borc 115 dollar azalır. Əgər kimsə banka olan kredit borcunu birdəfəlik bağlamaq istəyirsə, məbləğin 86%-i qədər ödəniş edə bilər.

Kampaniya yalnız istehlak kreditləşməsinə aiddir. Bu kampaniyadan həm nağd pul krediti götürmüş, həm də kredit xətti açdırmış şəxslər yararlana bilərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271