BANK

Azərbaycana xaricdən göndərilən pullar azalır
16 MAY
315

Azərbaycana xaricdən göndərilən pullar azalır

2016-05-16 09:49:00

Bu ilin 1-ci rübündə Azərbaycana xaricdən 173,5 milyon dollar pul göndərilib. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Pul siyasəti icmalında bildirilir.

Eləcə də bax: Azərbaycanda dollarlaşma azalıb - MƏRKƏZİ BANK

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25%, 2014-cü ilin 1-ci rübünə nisbətən isə 2 dəfə azdır. Pul baratlarının azalması iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyətlə izah olunur: "2016-cı ilin I rübündə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət mal və xidmət ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir etmişdir. İlkin rəqəmlərə əsasən 2016- cı ilin I rübündə ölkəyə daxil olan pul baratları 173.5 mln. ABŞ dolları təşkil etmişdir"-deyə AMB-nın hesabatında bildirilir.

 

 

Eləcə də bax: Banklar valyuta satışını kəskin azaldıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270