BANK

Valyutadəyişmə məntəqələri yenidən açılır?
16 MAY
675

Valyutadəyişmə məntəqələri yenidən açılır?

2016-05-16 09:45:00
Bakıda bir müddət əvvəl bağlanan valyutadəyişmə məntəqələrinin bəziləri yenidən fəaliyyətə
başlayıb.
 
Fins.az-ın Musavat.com  istinadən verdiyi məlumata gör\, paytaxt Bakının müxtəlif yerlərində yanvar ayının əvvəlindən bağlanan “exchange”lər artıq bir müddətdir ki, işə başlayıb. Bu, son günlər valyutadəyişmə məntqələrinin açılacağı haqda yayılan xəbərlərlə eyni zamana təsadüf edir.
 
"Qeyd edək ki, bir müddətdir ki, “exchange”lərin yenidən fəliyyətə başlayacağı ilə bağlı məlumatlar dolaşırdı.
 
Valyutadəyişmə məntəqələrinin fəaliyyəti ilə bağlı rəsmi qərar hələ ki, verilməyib. Lakin bir neçə valyutadəyişmə məntəqəsi artıq fəaliyyətə başlayıb.
 
28 May küçəsində bir neçə məntəqə, “Neftçilər” və “Qara Qarayev” metrostansiyalarının çıxışında, 8-ci kilometr bazarında, Bakıxanov qəsəbəsində, “Sədərək” və “Binə” ticarət mərkəzlərində bağlanan “exchange”lər yenidən fəaliyyətə başlayıb.
 
Bu ünvanlardan bir neçəsinə baş çəkib, fəaliyyətləri ilə maraqlanmağa çalışdıq. Müştəri kimi qəbul edildiyimiz məntəqələrdəki şəxslər fəaliyyətləri ilə bağlı rəsmi göstərişin olub-olmamasına yönəlik suallarımıza cavab verməkdən imtina etdilər.
 
Valyuta mübadiləsinin aparıldığı məntəqələrdə yalnız dolların günlük məzənnəsi göstərilir. “Exchange”lərdə 1 dollar 1.45-1.50 manata satılır.
 
Xatırladaq ki, valyutadəyişmə mətəqələrinin lisenziyası Mərkəzi Bank tərəfindən 2016-cı il, yanvarın 13-də ləğv edilib. Səbəb olaraq isə “exchange”lərin süni bahalaşmaya səbəb olması göstərilirdi.
 
Mövzu ilə bağlı Azərbaycanın Mərkəzi Bankına rəsmi sorğu ilə də müraciət etdik. İş günü olmadığından müraciətimiz hələlik cavablandırılmayıb"-deyə qəzet yazır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272