BANK

“Union Lizinq”in səhmdarları bir araya gələcək
14 MAY 2016
579

“Union Lizinq”in səhmdarları bir araya gələcək

2016-05-14 10:33:00

İyunun 28-də "Union Lizinq" şirkətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Fins.az xəbər verir ki, yığıncağın gündəliyinə cəmiyyətin illik hesabatının, balansının, mənfəət və zərər hesabatlarının təsdiq olunması, cəmiyyətin maliyyə vəziyyətinin müzakirəsi daxildir. Səhmdarlar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özləri və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər. Bu zaman səhmdarların nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilən etibarnaməyə malik olmalıdır.  Yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, ev 4 ünvanında baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296