BANK

Banklar Assosiasiyası Bakıda konfrans keçirəcək
13 MAY
332

Banklar Assosiasiyası Bakıda konfrans keçirəcək

2016-05-13 15:20:00

Mayın 19-da Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və Almaniyanın "Fico Tonbeller" şirkətinin dəstəyi ilə Bakıda "Komplaynsla bağlı beynəlxalq tendensiyalar" adlı konfrans keçiriləcək.

ABA-dan bildirilib ki, konfrans Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayns üzrə Ekspert Qrupu" tərəfindən keçiriləcək.

Qeyd edək ki, qrupun məqsədi Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayns üzrə bank sektorunda görülmüş işləri müzakirə etmək, mövcud vəziyyətin daha da təkmilləşdirilməsi istiqamətində birgə əməkdaşlıq etməkdir. Ekspert Qrupa rəhbərliyi "PAŞA Bank" ASC-nin komplayns departamentinin direktoru Anar Kərimov həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272