BANK

«Unibank» istiqrazların pulunu hissə-hissə ödəyəcək – DƏYİŞİKLİK
13 MAY
344

«Unibank» istiqrazların pulunu hissə-hissə ödəyəcək – DƏYİŞİKLİK

2016-05-13 11:51:00

«Unibank» 2011-ci ildə buraxdığı dollar istiqrazlarının pulunu fərqli şəkildə ödəyəcək. Fins.az-ın məlumatına görə, bu məqsədlə bank 11 may 2011-ci il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AZ200700202 nömrəsi ilə qeydiyyata alınmış istiqrazlarinin emissiya prospektinə aprelin 8-də əlavə və dəyişiklik edilib.

Qeyd edək ki, «Unibankın» həmin istiqraz emissiyasının ümumi məbləği 25 milyon manat idi. Bu məqsədlə bank hər birinin nominalı 10 min dollar olmaqla 2500 ədəd istiqraz buraxılmışdı. Emissiyanın şərtlərinə görə, istaqrazlar üzrə əsas ödənişlər 2016-cı il aprelində aparılmalı idi.

İndi isə “Unibank”ın Səhmdarların növbədənkənar Ümumi yığıncağının 28 mart 2016-cı il tarixli Qərarı ilə ödəniş şərtləri dəyişdirilib. Belə ki, istiqrazların dvriyyədə olmaı müddəti 2016-cı il mayın 16-a kimi uzadılıb. Bundan başqa, istiqrazlar üzrə ödəmə şərtləri də dəyişib. Belə ki, istiqrazlar üzrə ödənişlərin 10%-i, yəni 2,5 milyon dolarlıq ödəmə aprelin 15-də edilib. İstiqrazlar üzrə ödəmələrin qalan 90%-i, yəni 22,5 milyon dollar isə mayın 16-da ediləcək. Ödənişlər bütün istiqarazlara aiddir. yəni nominalı 10 min dollar olan istiqrazlar üzrə aprelin 15-də 1000 dollar ödənilib, mayın 16-da isə 9 min dollar ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274