BANK

“Parabank”dan “Ölüyə kredit” açıqlaması
13 MAY
367

“Parabank”dan “Ölüyə kredit” açıqlaması

2016-05-13 11:48:00

“Parabank” vəfat etmiş şəxsin adına kredit rəsmiləşdirilməsi barədə mətbuatda yayılmış məlumatlarla bağlı açıqlama yayıb. Fins.az xəbər verir ki, açıqlama bankın İdarə Heyətinin sədr müavini Azər Rəhimlinin adından yayılıb.

Eləcə də bax: Azərbaycanda ölüyə kredit verildi - FOTOLAR

Açıqlamada bildirilir ki, göstərilən məlumatlar həqiqətə uyğun deyil. Belə ki, məqalədə yerləşdirilmiş “ölüm haqqında şəhadətnamə”yə əsasən 19.08.2014-cü il tarixində rəhmətə getmiş İbrahimov Vaqif İskəndər oğluna kreditlər o, rəhmətə getməmişdən əvvəl verilib. Məqalədə yerləşdirilmiş “Bildiriş”də qeyd edilən müqavilə tarixləri və nömrələri yalnışdır. Yalnışlıq texniki səhv nəticəsində baş verib.

Xəyalə İbrahimovanın, V.İbrahimova aid əmlakın girov qoyulmasına dair razılığının olmaması məsələsinə gəldikdə isə, bildirmək istəyirik ki, kreditlərin verilməsi zamanı Vaqif İbrahimov tərəfindən təqdim edilmiş ona məxsus şəxsiyyət vəsiqəsində ailə vəziyyəti “Subay” göstərilib. Bütün yuxarıda göstərilən məlumatları bank istənilən vaxt sənədlərlə təsdiq etməyə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272