BANK

Bu bankların kreditini onlayn ödəmək olar – SİYAHI
12 MAY
425

Bu bankların kreditini onlayn ödəmək olar – SİYAHI

2016-05-12 17:39:00

Bankdan kredit götürmək işin bir tərəfidir – əsas məsələ onu qaytarmaqdır. Özü də söhbət təkcə krediti qaytarmaq üçün ödənişin olmasından getmir. Nə qədər qəribə olsa da, vaxt azlığı, tıxaclar, traffik problemləri də bəzən kredit ödənişlərində çətinlik yaradır. Belə ki, ödənişi etmək üçün bank filiallarına yaxınlaşmalı, növbələrdə vaxt itirməli olurlar. Belə vəziyyətdə ən yaxşı çıxış yolu ofis və evi tərk etmədən kreditlərin onlayn ödənilməsidir. 

Bəs onlayn kredit etmək imkanını bizə hansı banklar yaradır?

Fins.az-ın araşdırmasına görə, ölkə banklarının əksəriyyətinin kreditlərini  onlayn ödəmək mümkündür. Bunu həm bankın saytına daxil olmaqla, həm də müxtəlif ödəmə sistemləri (hesab.az, e-pul.az, kassam.az) vasitəsilə onlayn etmək olar. Bəzi banklarda isə kreditləri bir neçə formada onlayn ödəmək mümkün olur. Beləliklə…

Korporativ saytlarına daxil olmaqla kredit ödənişi etmək mümkün olan banklar:

AccessBank

AGBank

AFB Bank

Amrah Bank

Atabank

ASB Bank

Azərbaycan Beynəlxalq Bankı

Bank Avrasiya

Bank BTB

Bank of Baku

Bank Respublika

Bank Silk Way

Bank Standard

DəmirBank

Expressbank

Kapital Bank

NBC Bank

Nikoil Bank

Para Bank

Turan Bank

Unibank

Xalq Bank

Mugan Bank*

Bunun üçün bankların saytlarına daxil olaraq “onlayn kredit ödənişi” bölməsinə daxil olmaq lazımdır.

* Mugan Bank

- Bu əməliyyatı aparmaq üçün 0.2% komissiya tutulacaq (min. 1.0 ş.v.).

- Əməliyyat 17:00-dan sonra keçirilbsə, vəsait növbəti iş günü ərzində cari hesaba yatırılır.

- Əməliyyat bankın qeyri iş günlərində aparılırsa, vəsait növbəti iş günü ərzində cari hesaba yatırılır. 

Bankın saytı ilə onlayn ödəmə etmək üçün sizə nə lazım olacaq?

Kreditin hesab nömrəsi (bank tərəfindən verilmiş müştəri kodu)

- Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi

- Balansında pul olan ödəniş kartı (kartın rekvizitləri)  

Hesab.az vasitəsi ilə kreditləri onlayn ödənilən banklar: 

AccessBank

Ata Bank 

AGBank 

ASB Bank

Bank Of Baku

Dəmir Bank

Expressbank

Kapital Bank

Muğan Bank

Unibank

Bank Standard

NikoilBank

Rabitəbank

TuranBank

Bank Respublika

VTB Bank

Yapı Kredi Bank Azərbaycan

Embafinans 

Səba Kredit 

E-pul.az vasitəsilə krediti onlayn ödənilən banklar:

AccessBank

AFB Bank

Amrah Bank

Ata Bank

Bank Avrasiya

Bank BTB

Bank of Baku

Bank Respublika

Bank Standard

Bank Silk Way

Kapital Bank

Mugan Bank

Nikoil Bank

Paşa Bank

Turan Bank

Rabitə Bank

VTB Bank

EmbaFinans

Bolkart Finca

Azerbaijan

FlexiKredi

SəbaKredit 

EPUL-dan kredit ödəyərkən əksər Kredit Təşkilatları üzrə heç bir komissiya tutulmur. Lakin aşağıdakı qeydləri nəzərdən keçirməyiniz vacibdir

- AccessBank - bir ödəniş üçün maksimal məbləğ 300 AZN yüksək ola bilməz,

- VTB Bank - konvertasiya bankın məzənnəsilə aparılır,

- FINCA - 75 AZN/USD -yə qədər etdiyiniz hər ödənişə görə 0.5 AZN/USD, 75 AZN-dən yuxarı olan hər ödənişə görə isə 1 AZN/USD xidmət haqqını tutulur. Xidmət haqqını ödəniş zamanı nəzərə almadıqda, xidmət haqqı sizin aylıq kredit ödənişindən çıxılacaq.

- Nikoil Bank-güzəştli dövrlə (Grace Period) kartlar üzrə kreditin ödənişi edilməsi zamanı əməliyyatın məbləğinin 1%-i həcmində komissiya tutulacaq.

- Rabitabank-E-Pul vasitəsilə kartdan karta köçürmələr istisna olmaqla ödənişlərdən komissiya tutulmur. 

Kassam.az vasitəsilə krediti onlayn ödənilən banklar: 

Bank Standard

Kapital Bank

Embafinans

DemirBank

VTB Bank

Kreditin onlayn ödənilməsi mümkün olmayan banklar

Günay Bank və Zamin Bankda isə kredit ödənişi etmək üçün hökmən bank filialına yaxınlaşmaq tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272