BANK

“Buta Sığorta”- “Günay Sığorta” birləşməsinin - TƏFƏRRÜATLARI
12 MAY
591

“Buta Sığorta”- “Günay Sığorta” birləşməsinin - TƏFƏRRÜATLARI

2016-05-12 16:35:00

“Buta Sığorta” şirkəti ilə “Günay Sığorta”nın birləşməsinin əsas səbəbləri məlum olub. Sığorta dairələrindən fins.az-a verilən məlumata görə, “Günay Sığorta” ilin əvvəlindən etibarən əmlak və kasko sığortası üzrə korporativ müştərilərini itirib. Belə ki, sığorta şirkəti riskləri nəzərə alaraq təkrarsığorta ilə bağlı tarifləri aşağı salmayıb. Yəni, hadisə baş verdiyi halda ödəniş etmək şirkət üçün əlavə risk yaratmasın. Digər şirkətlər isə əlavə riskləri gözə almayaraq daha aşağı qiymətə sığorta təklif edirlər.

Digər tərəfdən, iqtisadi vəziyyət şirkətlərin fəaliyyətini dayandırıb texnikaları icarə verməsinə səbəb olub: “Əvvəl sığortalanan yük maşınları və texnikalar hazırda icarəyə verilib. Ona görə bu vasitələrin sığortası həyata keçirilmir”. Nəticədə “Günay Sığorta” əsas müştərilərini itirib. Ona görə də “Buta Sığorta” ilə birləşmə təklifinə “hə” deyib.

Şirkətin yeni sədri olacaq

Fins.az-a daxil olan məlumata görə, birləşmədən sonra “Günay Sığorta” şirkətinin idarə heyətinin yeni sədri iyun ayının 1-dən etibarən “Buta Sığorta”nın idarə heyətinin sədri Qənbər Suvanverdiyev olacaq. O bu vəzifədə Vüqar Rəcəbovu əvəzləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275