BANK

«Atabank» azalma hesabatını - AÇIQLADI
12 MAY
423

«Atabank» azalma hesabatını - AÇIQLADI

2016-05-12 11:56:00

«Atabank» bu ilin 1-ci rübünün nəticələri üzrə maliyyə hesabatını açıqlayıb. Fins.az xəbər verir ki, hesabata əsasən «Atabank»ın aktivləri son bir il ərzində, 124 milyon 221 min manat və ya 20,2% azalaraq, 491 milyon 380 min manata bərabər olub. Bu göstərici ötən ilin sonu ilə müqayisədə isə, 18,5% azdır. 1-ci rübün nəticələrinə görə bankın cəmi aktivləri 603 milyon 104 min manat təşkil edib. Bir il əvvəl isə bu göstərici 615 milyon 601 min manat olub.

Həmçinin bankın kredit portfeli rüb ərzində 97 milyon 899,7 min manat azalaraq, 532 milyon 342 min manatdan 434 milyon 442,3 min manata düşüb. Bankın depozit portfelində də azalma müşahidə olunub. Belə ki, 2016-cı ilin birinci rübündə deposit portfeli 126 milyon 775,1 min manat və ya 28.7% azalıb. Başqa sözlə bu göstərici rüb ərzində 442 milyon 207,7 min manatdan 315 milyon 432,6 min manata düşüb.

Fiziki şəxslərin əmanətləri (cari hesablar daxil olmaqla) isə 280 milyon 348,1 min manatdan 229 milyon 810,7 min manata, hüquqi şəxslərin depozitləri (cari hesablar daxil olmaqla) isə 149 milyon 696,6 min manatdan 76 milyon 526,1 min manata enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271