BANK

"Expressbank" nağdlaşdırmaya görə komissiya tətbiq edib
11 MAY
350

"Expressbank" nağdlaşdırmaya görə komissiya tətbiq edib

2016-05-11 18:23:00

"Expressbank"  debet kartlarından nağdlaşdırmaya görə komissiya haqqının tətbiqinə başlayıb. Fins.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, debet kartlarından nağdlaşdırma üzrə komissiya haqqı minimum 0,5% dərəcəsində müəyyən edilib. Banka məxsus bankomatlarda nağdlaşdırma üzrə komissiya 0,5% və ya minimum 1 manat, "MilliCard" üzrə 1% və ya minimum1 manat, "Azericard" üzrə isə 3% və ya minimum 3 manat təşkil edəcək.

Xatırladaq ki, bundan əvvəl debet kartlarından nağdlaşdırma üçün heç bir komissiya tətbiq olunmurdu.

Qeyd edək ki, bu il ərzində "Expressbank" ASC Bakıdakı 3 filialı - "Cəfər Cabbarlı", "Azadlıq" və "Nərimanov" filiallarını bağlayıb. Fəaliyyəti dayandırılan filialların müştəriləri digər filiallara yönləndirilib. Belə ki, "Cəfər Cabbarlı" filialının müştəriləri "Əhmədli" filialına, "Azadlıq" filialının müştəriləri "Elmlər" filialına və "Nərimanov" filialının müştəriləri isə "Yasamal" filialına müraciət edə bilirlər.

Bununla yanaşı, bu il Bankın əvvəlcə "Elmlər", "Əhmədli", daha sonra isə "Xətai" filialı fəaliyyətə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275