BANK

​İslam bankçılığının dövriyyəsi - AÇIQLANDI
11 MAY
385

​İslam bankçılığının dövriyyəsi - AÇIQLANDI

2016-05-11 15:35:00

Qlobal maliyyə sektorunun ümumi həcminin 127 trln. dollara çatdığı, bunun isə 2,1 trln. dollar və ya 1,7%-nin İslam maliyyələşməsinə aid olduğu bildirilir. "Report"un "Ernst & Young" audit-konsaltinq şirkətinin hesabatına istinadən verdiyi xəbərə görə, İslam maliyyələşməsində bankçılığın xüsusi çəkisi 80% təşkil edir. Qalan hissə isə faizsiz investisiya fondları, "Sukuk" kimi kapital bazarı alətləri və "Təkafül" adlanan faizsiz siğorta sektoru məhsullarının payına düşür.

"Ernst & Young Turkey"in hazırladığı hesabata əsasən, Türkiyədə İslam banklarında toplanan maliyyə vəsaitlərinin ümumi həcmi 2015- ci ildə 14% artaraq 74,4 mlrd. lirə (25 mlrd. dollar) təşkil edib. Bu bankların məcmu aktivləri isə 15% artaraq 120,3 mlrd. lirəyə (40 mlrd. dollar) çatıb. Nəticədə, İslam banklarının cəlb etdiyi vəsaitlərin məcmu bank sektorunda xüsusi çəkisi 2015-ci il yekununda 5,9%, öhdəlikləri 5,2%, aktivləri isə 5,1% olub.

Proqnozlara əsasən, 206-cı ilin sonunda İslam bankçılığının 100 mln. müştəriyə xidmət etməsi ehtimal edilir. Türkiyənin aid olduğu bölgənin İslam bankçılığı xidmətlərindən istifadə potensialının isə 6 dəfə çox olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272