BANK

“Kredit ittifaqlarından 10-u birləşmək istəyirdi” – ASSOSİASİYA
11 MAY 2016
642

“Kredit ittifaqlarından 10-u birləşmək istəyirdi” – ASSOSİASİYA

2016-05-11 15:09:00

Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən kredit ittifaqlarından 10-nun  birləşmək planı olsa da, bu, baş tutmayıb. Bunu fins.az-a açıqlamasında Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (İKİA) İdarə Heyətinin sədri Cəlil Süleymanov bildirib. 

Onun sözlərinə görə, kredit ittifaqlarının konsolidasiyaya getmək istəyi türk iş adamı ilə əməkdaşlıq planından irəli gəlib: “Türkiyədən bir donor Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına pul qoymaq istəyirdi. Bunun üçün isə özünə tərəfdaş kimi güclü kredit ittifaqı axtarırdı. Biz də nizamnamə kapitalı kifayət qədər olan 10 kredit ittifaqını seçdik, onlara birləşməyi təklif etdik və həmin təşkilatlar təklifimizi qəbul etdilər”. 

Bununla belə, türk iş adamı konsolidasiyaya gedəcək kredit ittifaqları ilə əməkdaşlıq üçün ilk növbədə yerli banklardan birinin zəmanətini istəyib. Amma bu zəmanəti almaq mümkün olmayıb: “Bank zəmanəti ona görə alınmadı ki, kredit ittifaqlarının hərəsi bir rayonda, ayrı-ayrı banklarla işləyirlər. Yəni bankların bütün rayonlarda filialı olmadığı üçün bütün kredit ittifaqlarının hesablarını eyni banka yığmaq mümkün deyil. Odur ki, heç bir bankdan belə bir zəmanəti almaq mümkün olmadı”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7020
  • € EUR
    1.9062
  • ₽ RUB
    0.0300