BANK

«Manat ucuzlaşmayacaq» bəyanatı - ƏSLİNDƏ NƏ DEMƏKDİR?
11 MAY
1603

«Manat ucuzlaşmayacaq» bəyanatı - ƏSLİNDƏ NƏ DEMƏKDİR?

2016-05-11 13:03:00

Xəbər verildiyi kimi, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov manatın məzənnəsinin ilin sonunadək sabit qalacağını bildirib. Baş bankir bildirib ki: «Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu, həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət bunu deməyə əsas verir».

İqtisadçı ekspert Rövşən Ağayev Mərkəzi Bank rəhbərinin bəyanatından çıxan nəticələri sadalayıb:

«Milli Bankın sədri Elman Rüstəmovun "2016-cı ildə manat dəyərdən düşməyəcək" bəyanatından çıxan əsas mesajlar bunlardır:

1) İqtisadiyyatın "manat çatışmazlığı sindromu" ilin sonunadək həll edilməyəcək. Son ilyarımda 2 dəfə məhdudlaşdırılan pul bazasında valyuta bazarına təsir edə biləcək artım olmayacaq. İqtisadiyyatın monetizasiya səviyyəsini 15-16% ətrafında hərəkət etdirməkdə davam edəcəyik. İqtisadiyyatın kreditləşməsinə mümkün olduğu qədər gedilməyəcək. Məlumat üçün deyim ki, 2016-c ilin ilk 3 ayında 7% azalıb. Halbuki 2013-2014-cü illərdə kreditlərin orta aylıq artım tempi təxminən 2%, rüblük artım 5-6% təşkil etmişdi. Büdcə vasitəsilə ölkə daxilində xərclənən invesitisiya vəsaitləri 2015-ci ilə nisbətən 4 dəfəyədək azaldılıb.

2) Ölkədən kənara çıxarıla biləcək böyük kapital 2014-2015-ci illərdə ölkənin valyuta ehtiyatlarının 30% əriməsi hesabına əsasən daşınıb. Hələlik valyuta bazarını silkələyəcək kapital qaçışını yaxın vaxtda gözləməyin;

3) Əvvəlki illərdə ölkəyə ən azı 2-2.5 milyard dollar dövlət sektorunun idxalının ən azı 2-3 dəfə azaldılası hesabına 1-1,5 milyard dollar valyutaya qənaət ediləcək;

4) Hökumət il ərzində müxtəlif layihələrin icrası üçün böyük həcmli xarici borclanma problemini həll edəcək, həmin borc sazişləri sayəsində ölkəyə gələn valyuta manata təzyiqi bir qədər azaldacaq;

5) Bank sektorunun və ev təsərrüfatlarının durumunun kəskin pisləşməsinə səbəb olan ikiqat devalvasiya sayəsində hökumət büdcə və başqa maliyyə öhdəliklərini ən azından yaxın bir neçə ayda rahatlıqla icra edə biləcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272