BANK

Məhkəmə bu bankların birləşməsinə “Yox” dedi
11 MAY
1034

Məhkəmə bu bankların birləşməsinə “Yox” dedi

2016-05-11 10:37:00

Mayın 10-da Bakı Apellyasiya Məhkəməsində lisenziyaları ləğv olunmuş “Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın birləşməsi ilə bağlı məhkəmə prosesi keçirilib. “Atrabank”ın Hüquq departamentinin rəisi Şahin Nağıyev fins.az-a açıqlamasında bildirib ki, məhkəmə bankların birləşməsi şərti ilə “Atrabank”ın lisenziyasının bərpa olunmasına dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını ləğv edib. Onun sözlərinə görə, təmsil etdiyi bank kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edəcək: “Məhkəmə qətnaməsini əldə edən kimi bu istiqamətdə işə başlayacağıq”. 

Xatırladaq ki, Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın lisenziyasını Azərbaycan Mərkəziu Bankı (AMB) ləğv etsə də, bağlanmış banklar hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məhkəmə çəkişməsindədir. Buna səbəb AMB-nin bəzi funksiyalarının Palataya keçməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272