BANK

Azərbaycanın bağlanmış bankı məhkəməni uduzdu
11 MAY
569

Azərbaycanın bağlanmış bankı məhkəməni uduzdu

2016-05-11 10:12:00

Bakı Apellyasiya Məhkəməsində “Yunayted Kredit Bank” ASC-nin Azərbaycan Mərkəzi Bankına (AMB) qarşı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Fins.az-ın məlumatına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, ASC-nin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. 

AMB “Yunayted Kredit Bank” ASC-ni məhkəməyə verib. AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan “Yunayted Kredit Bank” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Bu il yanvarın 25-də AMB İdarə Heyətinin qərarı ilə “Yunayted Kredit Bank” ASC-nin lisenziyası ləğv edilib. Banka müvəqqəti inzibatçı təyin olunub. 

Mənbə: “Report”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271