BANK

Türkiyənin iri bankı hərraca qoyulacaq
11 MAY
403

Türkiyənin iri bankı hərraca qoyulacaq

2016-05-11 08:32:00

Bu ayın sonuna qədər Türkiyənin iri bankı – “Bank Asiya” satışa çıxarıla bilər. Fins.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin bank sektorunu tənzimləyən dövlət qurumunun rəhbəri Mehmet Akbel açıqlama verib. Onun sözlərinə görə, əgər bank satılmasa onun lisenziyası ləğv ediləcək. Hazırda “Bank Asiya”nın səhmlərinə daxili bazardakı bir sıra iri investorlar maraq göstərir.

2015-ci ilin fevral ayında “Bank Asiya” tam şəkildə Türkiyənin Əmanətlərin Sığortalanması üzrə Dövlət Fondunun nəzarətinə keçib. Buna səbəb bankln likvidlik probleminin olması və son nəticədə müştəriləri qarsısında öhdəliklərini yerinə yetirə bilməməsidir. Buna görə də, “Bank Asiya”nın əmanətçilərinin pulunu Fond qaytarıb.

2014-cü ilin sentyabrında bank Türkiyədə 80 filialını bağlayıb, pensiya və sığorta fondlarındakı aktivlərini satışa çıxarıb. Bundan başqa, “Bank Asiya” “Tamweel Afrika Holding”dəki 40%-lik payını 37,7 milyon dollara satıb.

2014-cü ilin yanvarında isə “Bank Asiya” “Yeni Mağazacılık” anonim şirkətindəki 21,8%-lik payını 350 milyon türk lirəsinə satmışdı.

7 avqust 2014-cü ildə Türkiyənin bank nəzarəti qurumu “Bank Asiya”nın lisenziyanın qüvvəsinin dayandırılmasına qərar verib. Bank bazarda fəaliyyətinui sentyabrın 15-də, təkrar kapitallaşmadan sonra bərpa edə bilib.

Bir qədər əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, “Bank Asiya” müflis olmaq həddindədir.

Xatırladaq ki, bu bank Fətullah Gülən hərəkatı isə sıx bağlıdır və ölkənin iri banklarından biri sayılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274