BANK

Kreditləri ən intizamsız ödəyən rayonlar
10 MAY
1854

Kreditləri ən intizamsız ödəyən rayonlar

2016-05-10 15:41:00

Bu ilin 1-ci rübünün yekununa görə, “Rabitəbank”ın problemli kreditlərinin həcmi 12,718 milyon manat təşkil edib. Bankın ümumi kredit portfelinin 201,967 milyon manat olduğunu nəzərə alsaq, vaxtı keçmiş kreditlərin kredit portfelində payı 6,3% təşkil edib.

Fins.az-ın məlumatına görə, bu, ölkə üzrə qeydə alınmış problemli kredit nisbətindən aşağıdır. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bu ilin ilk 3 ayının yekununa görə, vaxtı keçmiş kreditlərin ümumi kredit qoyuluşunda payının 6,7% olduğunu açıqlayıb.

“Rabitəbank”da bu sahədə vəziyyət ümumilikdə yaxşı olsa da, bank Azərbaycanın 3 rayonunun sakinlərinə verdiyi kreditlərin qaytarılmasında ciddi problemlə üz-üzədir. Bankın maliyyə hesabatına əsasən deyə bilərik ki, söhbət Biləsuvar, Lerik və Beyləqan rayonlarından gedir. Bu bölgələrdə bankın vaxtı keçmiş kreditlərinin ümumi kredit portfelində payı 60%-dən yüksəkdir.

Məsələn, bu ilin 1-ci rübünün yekununa görə “Rabitəbank”ın Beyləqan rayonuna kredit qoyuluşu 79,1 min manat təşkil edib. Bunun 48,46 min manatının və ya 61,3%-nin ödənilməsindən gecikmə var.

Lerik rayonunda isə bankın kredit portfeli 84,3 min manatdır. Bunun isə 70,49 min manatının və yaxud 83,6%-nin vaxtı keçib.

Biləsuvar rayonunda isə “Rabitəbank”ın pulunu demək olar ki, qaytarmaq istəmirlər. Bu bölgədə bankın verdiyi 39,86 min manat kreditin 39,12 min manatı və yaxud 98,1%-inin vaxtı keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272