BANK

Rüfət Aslanlı yeni kreditləşmə modelinin detallarını açıqlayıb
10 MAY
720

Rüfət Aslanlı yeni kreditləşmə modelinin detallarını açıqlayıb

2016-05-10 11:55:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı yeni kreditləşmə modelinin detallarını açıqlayıb.

Fins.az-ın APA-ya istinadən məlumatına görə, R. Aslanlı deyib ki, yeni kreditləşmə modelinə əsasən xarici valyutada verilən istehlak kreditlərinin verilməsinə olan qadağa qüvvədə qalmaqdadır: "Burada iki istisna var. Birinci istisna odur ki, əgər müştəri əvvəllər xarici valyuta ilə kredit alıbsa və bu gün həmin kreditlərin vaxtı bitibsə və ya vaxtı tamamlanmayıb, lakin banklar bu kreditləri restrukturizasiya edirlərsə, belə müqavilələrin imzalanmasına yol verilir. Bu, daha çox əhalinin kredit yükünün və ona xidmət etmək imkanlarının sadələşdirilməsi və sağlamlaşdırılması məqsədini daşıyır. İkincisi, əgər kiminsə xarici valyutada gəlirləri və ya xarici valyutada bankda depoziti varsa və bu depoziti girov qoyaraq xarici valyutada borc almaq istəyirsə, belə kreditlərin də verilməsinə icazə verilir. Yerdə qalan hallarda xarici valyutada istehlak kreditlərin verilməsinə qoyulan qadağa qüvvədə qalır".

Sədr əlavə edib ki, xarici valyutada olan kreditlərin restrukturizasiyası və manat kreditləri ilə əlaqədar bir sıra yeni prudensial tələblər tətbiq olunub: "Bu tələblərin məqsədi odur ki, insanların aldığı kreditlər üzrə ümumi aylıq xərcləri onun ümumi aylıq gəlirlərin yarısından çox olmasın. İkincisi, hətta bu ümumi gəlirlərin xərclər çıxıldıqdan sonra yerdə qalan hissəsi yaşayış üçün yetərli olsun. Biz burada yaşayış minimumunu da nəzərə almışıq. Tələb odur ki, biz yaşayış minimumunun 3 mislini hədəf göstəricisi kimi götürmüşük. Yaşayış minimumunun 3 mislindən yuxarı gəlirləri öz öhdəsində qalan insanlar daha aşağı risk qrupuna aid edilir. Bununla əlaqədar biz banklardan daha az kapital, ehtiyat tələb edirik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275