BANK

Mərkəzi Bankın problemli kreditləri banklardakından çoxdur
06 MAY
773

Mərkəzi Bankın problemli kreditləri banklardakından çoxdur

2016-05-06 17:36:00

İqtisadçı-ekspert Rövşən Ağayev “Azərbaycan Beynəlxalq Bankı”nın (AMB) maliyyə vəziyyətini düzəltmək üçün dövlət büdcəsindən Mərkəzi Banka (AMB) 3 milyard manat ayrılması fonunda qurumun 2015-ci ilə aid hesabatını təhlil edib. Fins.az xəbər verir ki, o, bu barədə “Facebook” sosial şəbəkəsindəki profilində yazıb. Xatırladaq ki, 3 milyard manatlıq borcun 2,5 milyard manatı 2015-ci ildə götürülüb, qalan 500 milyon manat isə çox güman ki, bu il alınacaq. İllik 0,15%-lə cəlb edilmiş vəsait 2045-ci ildə qaytarılmalıdır.

İqtisadçı bildirib ki, ötən il AMB-nin ehtiyat vəsaitlərini yönəltidiyi ticarət qiymətli kağızları içərisində ABŞ Xəzinədarlığının notlarına üstünlük verilib: “Ticarət qiymətli kağızları qiymətlər və ya ticarət marjasında qısamüddətli dəyişikliklər hesabına mənfəət əldə etmək məqsədilə alınmış maliyyə aktivləri və qısamüddətli mənfəətin əldə edilməsi üçün portfelə daxil edilmiş qiymətli kağızlardır. Bank qiymətli kağızları aldıqdan sonra onları qısa müddət ərzində satmaq niyyətində olarsa, həmin qiymətli kağızları ticarət qiymətli kağızları kimi təsnifləşdirir. 2015-ci ildə ticarət qiymətli kağızlarının növü kimi ABŞ Xəzinədarlığının notlarına yatırım 2014-cü ilə nisəbətən 5 dəfədən çox artaraq 808 milyon manata çatıb. Əvəzində Britaniya xəzinə notlarına yatırılan ehtuyatlar 3 dəfədən çox azaldılaraq 106 milyon manata enib”.

Bundan başqa, onun sözlərinə görə, AMB ödəniş tarixinə qədər saxlanılan investisiyalara yatırım etməyib: “Halbuki 2014-cü ildə bu qəbildən olan qiymətli kağızlarda 3.3 milyard manat ehtiyat saxlanmışdı. Ödəniş tarixinə qədərdək saxlanılan investisiyalara Mərkəzi Bankın ödəniş tarixinə qədər saxlamaq niyyəti ilə aldığı qeyri-törəmə maliyyə aktivləridir”.

Rövşən Ağayev həmçinin bildirib ki, AMB satış üçün nəzərdə tutulan maliyyə aktivlərinə yatırımları 5 dəfəfən çox artıraraq 1 milyard 191 milyon manata çatdırıb: “Satış üçün nəzərdə tutulan maliyyə aktivlərinə AMB-nin qeyri-müəyyən müddət ərzində saxlamaq niyyətində olduğu investisiya qiymətli kağızları daxildir. Bu çərçivədə 2015-ci ildə İpoteka Fondunun istiqrazlarına 336 milyon manat, Kapital Bankın buraxdığı istiqrazlara 16,4 miıyon manat, Beynəlxalq maliyyə qurumları tərəfindən buraxılmış notlara 355,5 milyon manat yatırılıb”.

Həmçinin onun sözlərinə görə, ötən il banklara verilən kreditlər kəskin artıb: “Belə ki, 2014-cü ildə AMB-dən kommersiya banklarına verilən kreditlərin həcmi 3,5 milyard manat, 2015-də isə 6,3 milyard manat təşkil edib. 2015-ci ildə banklara verilmiş kreditlərin təxminən 60%-i hökumətin zəmanəti ilə verilib. Hesabatda məlumat verilmir, amma böyük ehtimalla hökumət öz mülkiyyətində olan banklara, ilk növbədə ağır vəziyyətdə olan ABB-yə zəmanət verib”.

Və nəhayət, iqtisadçı yazır ki, AMB-nin 2015-ci ildə kommersiya banklarına verdiyi kreditərin təxminən 1 milyard 23 milyon manatı və ya bütün kreditlərin 16%-i vaxtı keçmiş və ya dəyərdən düşmüş kreditlər olub. Halbuki 2014-cü ildə həmin göstərici 20 dəfə az - 50 milyon manat ətrafında olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272