BANK

“AGBank”ın sədri maliyyə vəziyyətini şərh etdi
06 MAY
582

“AGBank”ın sədri maliyyə vəziyyətini şərh etdi

2016-05-06 15:09:00

Devalvasiyalardan sonra, Azərbaycanda bir sıra banklar gəlir və xərcləri barədə məlumatları açıqlamırılar. Bir neçə gün öncə, “AGBank” qanunvericiliyin tələbinə əməl edərək və şəffaflıq nümayiş etdirərək maliyyə hesabatlarını tam şəkildə açıqladı. Fins.az-ın "Marja"ya istinadən məlumatına görə, məlum oldu ki, yarım milyard manatdan artıq böyüklükdə olan “AGBank” 2016-cı ilin 1-ci rübündə 6,6 milyon manat zərər edib, eyni zamanda, bankda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 88 milyon manata çatıb.

“AG BANK” “BUFER ZONA” YARADIR

“AGBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Əfqan Cəlilov, 2016-cı ilin 1-ci rübü üzrə maliyyə hesabatını şərh edərək bildirdi ki, zərər Bankın ağır vəziyyətdə olması demək deyil. Əslində iqtisadi durğunluğun mövcud olduğu bir vaxtda “AGBank” kifayət qədər gəlir əldə edə bilib. Normativlərin tələblərinə əsasən Bankın sağlamlığı üçün mənfəət götürməkdən imtina edilərək, həmin vəsait hesabına gələcəkdə baş verə biləcəyi ehtimal olunan zərərlərə görə fond yaradılır:

“Azərbaycandakı mövcud iqtisadi vəziyyət hamımıza yaxşı məlumdur. Əhalinin və sahibkarların gəlirləri azalıb. Bankımızım bir sıra kredit müştərisi ödəməni 30 gündən artıq gecikdirir. Buna görə, biz daha koservativ yanaşırıq, öz xərclərimiz hesabına ehtiyat yaradırıq. Ehtiyat nədir?! Ehtiyat itki demək deyil. Ehtiyat mümkün zərərlərin qarşılanması üçün nəzərdə tutulmuş bir daxili fonddur. Ehtiyyat necə yaradılır?! Bank hər bir aktivi qiymətləndirməli və risk qrupuna uyğun təsnifləşdirməsini, yəni bölgüsünü həyata keçirməlidir. Sonra hər qrupa uyğun olaraq, müvafiq ehtiyat yaradılmalıdır. Yəni, bank hər hansı bir müştərisinin maliyyə vəziyyətin çətinləşdiyi haqqında məlumatı əldə etdiyi təqdirdə, bu müştərinin müqaviləsinin bitmə tarixini gözləməli deyil. Belə ki, məlumat öz təsdiqini taparsa, bu bank üçün artıq riskdir və bank gələcək itkilərin qarşısını almaq üçün, artıq bu gün öz maliyyə hesabatlarında ehtiyatlanma xərclərini “tanımalıdır.” Yəni, sabah müştəri verdiyimiz krediti qismən və ya tamamilə bağlamasa, Bank bunu birdəfəlik itki kimi qəbul etməyəcək. Qısası, ehtiyat gələcəkdə kreditlərin ödənməməsinə bü gün görülən hazırlıqdır. Ehtiyat ona görə yardılır ki, gələcəkdə, tutaq ki, iri bir kredit müştərisində problem olduqda Bankın fəaliyyətində çətinlik yaranmasın, öz kapitalı azalmasın. Bir növ Bank öz vəsaiti hesabına “bufer zona” yaradır. “AGBank” 2016-cı ilin 1-ci rübündə aktivlər üzrə mümkün zərərin ödənilməsinə 4 milyon 182 min manat ayırıb. Əgər bu ayırma edilməsəydi, bu məbləğ Bankın xalis mənfəəti ola bilərdi.

Göründüyü kimi, ehtiyat faktiki olaraq çəkilmiş xərc deyil, Bankın daxili fondu üçün ayrılmış vəsaitdir. Bir müddət sonra, gecikmədə olan müştəri ödənişlərini həyata keçirməyə başladıqda, normativə uyğun olaraq ehtiyatı azaldaraq, xərclərimizi azaltmış olacağıq. Belə olan halda da, Bank xalis mənfəət əldə etmiş olacaqdır.

“AGBank” ehtiyatların yaradılmasına konservativ yanaşır və belə də davam edəcəkdir. Ola bilsin ki, Bank 2016-cı ilin 2-ci rübünü də qazancsız başa vuracaq. Amma burada diqqət yetiriləsi məsələ, Bankın ziyanı qəbul etmək qabiliyyətidir”.

“KİV MÜŞTƏRİLƏRİ TƏŞVİŞƏ SALIR”

Əfqan Cəlilov qeyd etdi ki, bir sıra kütləvi informasiya vasitələri (KİV) peşəkar olmadıqlarından yalan məlumatlar yayaraq, müştərilərdə narahatçılıq yaradırlar:

“Jurnalistlər maliyyə hesabatlarını düzgün təhlil edib xəbər hazırlamalıdırlar. Zərərin yaranması səbəbi düzgün izah edilməli, məlumat yayımlanmamışdan öncə Bankın mövqeyi də öyrənilməlidir”. Ehtiyac yarandığı halda biz öz yeni işə qəbul olunan əməkdaşlarımız üçün keçirdiyimiz bankdaxili təlimlərə, iqtisadi sahədə çalışan jurnalistləri də dəvət edə bilərik.

“MANATDA KREDİT VERMƏYİMİZ BİZƏ ÇOX KÖMƏK ETDİ”

“AGBank”da ödəmə vaxtı keçmiş kreditlərin 88 milyon manata yüksəlməsini şərh edən Əfqan Cəlilov sözlərinə belə davam etdi:

“Yanvar ayından sonra “AGBank”ın bir sıra iri müştəriləri gecikməyə çıxıb. Ötən ilin Dekabr devalvasiyasının mənfi nəticələri, bu ilin 1-ci rübündə üzə çıxıb. Kreditlərin gecikməyə düşməsinin əsas səbəbi devalvasiyalardır. Azərbaycanda müəssisə və sahibkarlar dollarda kredit götürüblər, lakin onların gəlirləri dollarda deyil. Ən böyük problem də buradadır. Gəlirləri Manat ilə olan sahibkar üçün, devalvasiyalar gözlənilməz oldu, faktiki olaraq sahibkarın dollarda olan kreditinə görə, xərci iki dəfə artıb. Əsasən buna görə gecikmələr yaranır. İkincisi, ölkədə biznes aktivliyi, satışlar aşağı düşüb və bu vəziyyət Manatda da kredit götürmüş sahibkarların ödəmələrində çətinliklər yaranmasına səbəb olur. Yeri düşmüşkən qeyd edim ki, “ABank”ın kredit portfelinin 70%-i milli valyutadadır. Verdiyimiz kreditlərin böyük bir hissəsinin manatda olması problemli kreditlərin daha böyük məbləğlərdə olmasının qarşısını aldı. Nəzərə alsaq ki, bazarın digər iştirakçılarının - kredit portfelinin 80-90%-i xarici valyutadadır, Hesab edirəm ki, vaxtında kreditlərin Manatda verməyimiz gələcəkdə bizim vəsaitlərin geri qaytarılmasında rəqiblərimizə nisbətən daha az problemlərlə rastlaşacagımızı göstərir.”.

“80%-NİN TƏMİNATI VAR”

Əfqan Cəlilov qeyd etdi ki, verimiş iri kreditlərin hər biri üzrə təminat mövcuddur:

“Tarixən AGBank korporativ və orta-kiçik biznesin maliyyələşməsi üzrə ixtisaslaşmışdır. Hesab edirəm ki, “AGBank”ın pərakəndə bazarda yəni istehlak kreditləri bazarında payının cüzi olması da bu günləri bizim üstünlüklərimizdən. Belə ki, bu bazar kifayyət qədər yüklənib. Bizim əsas problemlər, orta və iri biznesə verilmiş kreditlərdən qaynaqlanır. Üstünlüyümüz budur ki, orta və iri biznesə verdiyimiz kreditlər iri məbləğlərdə olduğundan onların hər biri üzrə girov var. Bank həmin girovları sataraq öz vəsaitini geri götürə bilər, amma bu vaxt aparır. Sahibkarın əmlakına məhkəmə qərarı ilə tələb yönəltdikdə, o, apelyasiya şikayəti verir və ya qiymətləndirmədə qarşılıqlı etirazlar olur. Bu səbəblərə görə, məhkəmə prosesi xeyli uzanır. İş uzandığından ödənməyən kreditlər yüksək məbləğdə görülür. Qeyd edim ki, ödəmə vaxtı keçmiş 88 milyon manat kreditin 80%-nin təminatı var. Əvvəldə qeyd etdiyim kimi, ehtiyat fondunu ona görə yaradırıq ki, sahibkar faktiki olaraq ödəmə edə bilmir. Amma biz bir çox təminatlı kreditlər üzrə hüquqi addımlar atmağa başlamışıq, vaxt itirməmək üçün ödəməni gecikdirən sahibkarları məhkəməyə veririk. Əgər ödənişlər olarsa, iddiamızı geri götürürük”.

Əfqan Cəlilov vurğuladı ki, dövlətimizin başçısı cənab İlham Əliyevin dəstəyi ilə həyata keçirilən sürətli islahatlar proqramları nəticəsində iqtisadiyyatın canlanacağı gözlənilir. Eyni zamanda, Manat ucuzlaşdığından və Rusiyanın Qərbdən meyvə-tərəvəz idxalını qadağan etdiyindən yeni ixrac fürsətləri yaranıb:

“Ölkəmizdə sahibkarlar üçün daha əlverişli şərait yaradılır. Bu gün “AGBank”ın gecikmədə olan bir çox müştərisi yeni investorlar cəlb edərək fəaliyyətini bərpa etməyə başlayıb. Sahibkar işini bərpa etdikdən sonra, Bankımıza olan borcunu da qaytarmağa başlayacqdır. Məsələn, istixanası olan müştərimiz və eyni ilə kənd təsərrüfatı mallarının emalı ilə məşquıl olan müştərilərimiz fəaliyyətini bərpa edərək Rusiya bazarlarına məhsul çıxartmağa hazırlşaır”.

SƏHMDARLARI 77,2 MİLYON MANAT DƏSTƏK GÖSTƏRİB

Əfqan Cəlilov əlavə etdi ki, səhmdarları ən ağır vəziyyətdə “AGBank”a öz dəstəklərini göstərdilər. İndi “AGBank” 102 milyon manat səhmdar kapitalı ilə daha güclüdür:

“Heç kimin gözləmədiyi bir vaxtda, səhmdarlar kapitalı 77,2 milyon manat artıraraq 25 milyon manatdan 102,2 milyon manata qaldırdılar. Bu artım, Bankın həqiqətən vəsaitə ehtiyacı olan zaman baş verib. Adətən, Bankın göstəriciləri

yaxşı olduqda, yüksək gəlirlilik ilə işlədikdə, investorlar pul qazanmaq üçün sərmayə yatırmağa maraqlı olurlar. AGBankın sərmayəçiləri isə Banka dəstəylərini və etimadlarını məhz Bankın buna ehtiyacı olduğu anda göstərdilər və “AGBank”ın bazarda daha rəqabətli və dayanığlı olması üçün, səhmdarlar dəstək verdilər. Onlar Bankın gələcəyinə nikbin baxırlar”.

Qeyd edək ki, “AGBank” müstəqil Azərbaycanın ilk yaranmış banklarından biridir. Bank 1992-ci ildən fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270