BANK

"Banklar haqqında" qanun dəyişdi
06 MAY
1605

"Banklar haqqında" qanun dəyişdi

2016-05-06 13:34:00

"Banklar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiqlənib. Fins.az xəbər verir ki, qanunda səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərində edilən yeniliyə əsasən, banka aiddiyəti olan şəxslə dəyəri bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüquq olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul ediləcək.

Həmçinin, Müşahidə Şurasının səlahiyyətlərinə də eyni məzmunda əlavə edilir. Belə ki, səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar istisna olmaqla, aiddiyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5 %-dək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək Müşahidə Şurasının səlahiyyətində qalıb.

Digər dəyişiklik isə banklara aidiyyəti şəxslərlə əməliyyatların aparılması ilə əlaqədardır. Belə ki, qanunun 40-cı maddəsinə edilən dəyişikliyə əsasən, aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda banklar aidiyyəti şəxslərə kredit verə bilməyəcək. Həmçinin, aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-dək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, Müşahidə Şurasının qərarı olmadıqda banklar aiddiyyəti şəxslərə kredit verə bilməyəcək.

Qeyd edək ki, hazırda 40-cı maddəyə əsasən, kreditin verilməsinə və onun şərtlərinə dair Müşahidə Şurasının razılığı və İdarə Heyətinin bu barədə yekdilliklə qəbul edilmiş qərarı olmadıqda banklar aiddiyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə kredit verə bilmir.

Mənbə: "Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274