BANK

Pul əvəzinə rəngli kağızlar - BANKDAN OĞRULARA «SÜRPRİZ»
06 MAY
368

Pul əvəzinə rəngli kağızlar - BANKDAN OĞRULARA «SÜRPRİZ»

2016-05-06 12:42:00

Expressbank öz ödəniş terminallarında pulların təhlükəsizliyini təmin etmək məqsədi ilə maraqlı yeniliyə imza atıb. Bankdan fins.az-a verilən məlumata görə, bank “Oberthur” və “AaBaCus” sistemlərinin dəstəyi ilə ExpressPay ödəniş terminallarında innovativ texnologiya tətbiq edib.

Bu texnologiyanın tətbiqi nəticəsində artıq ExpressPay ödəniş terminalını yarmağa cəhd edən dələduzlar nağd pulla deyil, rəngli kağızlarla qarşılaşacaqlar. Belə ki, oğurluq zamanı terminalın balansında olan nağd pullar rəngli boyaya boyanır və nəticədə əlvan və yararsız şəkilə düşən əskinazlar oğurluq planını pozmuş olur.

Qeyd edək ki, pulu yararsız edən boyanı təmizləyən maddə mövcud deyil. Maye boyanın əl və ya hər hansı səthlə təması zamanı pozulmayacağını da nəzərə alsaq, onun bu xüsusiyyəti oğrunun ifşa edilməsinə də kömək edəcəkdir. Azərbaycanda ilk dəfə Expressbank-da tətbiq olunan bu texnologiyadan Amerika, Şimali Koreya, Yaponiya və Avropada da istifadə olunur.

Yeni texnologiya bu gün keçirilən təqdimat mərasimində təqdim edilib və bank nümayəndələrinin iştirakı ilə ilk dəfə sınaqdan keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271