BANK

Əhali kredit kartlarından imtina edir
06 MAY
464

Əhali kredit kartlarından imtina edir

2016-05-06 12:21:00

Azərbaycanda ödəniş kartlarının sayı artıb. Mərkəzi Bankın mart ayının yekunlarına əsasən açıqladığı hesabata görə, hazırda ölkədə 5 milyon 434 aktiv ödəniş kartı var. Bunların 780 mini kredit kartı, 1 521 mini əmək haqqı kartı, 2 439 min sosial kartlar, 693 mini isə digər kartlardır.

Son bir ayda kredit kartlarının sayı azalıb. Belə ki, fevralın sonunda kartların sayı 792 min idi, başqa sözlə, 12 min kart dövriyyədən çıxıb.

Kredit kartlarından fərqli olaraq digər kartlar artıb. Belə ki, fevralla müqayisədə əmək haqqı kartlarının sayı 35 min, sosial kartlar 16 min, digər kartlar 13 min artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272