BANK

Bütün sahələrdə kreditləşmə azalıb
06 MAY
255

Bütün sahələrdə kreditləşmə azalıb

2016-05-06 11:52:00
Bu ilin 1-ci rübünün yekununa görə, Azərbaycan banklarının və bank olmayan kredit təşkilatlarının ölkə iqtisadiyyatına kredit qoyuluşu 19 milyard 687 milyon manat təşkil edib. Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, fevral ayının yekunu ilə müqayisədə 3,15% və yaxud 640,4 milyon manat azdır. Kreditləşmənin azalması özünü ölkə iqtisadiyyatının bütün sahələrində göstərib.
 
Məsələn, ticarət və xidmət sektorunda kredit qoyuluşu 56,6 milyon manat azalaraq 2 milyard 800,5 milyon manat olub. Bu sahənin kreditləşməsinin ümumi kredit qoyuluşunda payı isə 0,1%  artaraq 14,2%-ə yüksəlib.
 
Energetika, kimya və təbii ehtiyatlar sektoruna kredit qoyuluşu isə 1 milyon manata azalaraq 298,2 milyon manata düşüb. Sektorun payı isə 1,5% olaraq qalmaqdadır.
 
Kənd təsərrüfatı və emal sektorunun kreditləşmədə payı isə 2,2% olaraq qalıb. Amma bu sahənin kredit portfeli 5,6 milyon manat azalaraq 432,9 milyon manat olub.
 
 
İnşaat və əmlak sektorunda azalma da cüzi olub – 1,6 milyon manat. Bu sahədə kreditləşmə 3 milyard 54,8 milyon manat təşkil edib. Amma ev tikintisi ilə məşğul olanların payı 15%-dən 15,5%-ə yüksəlib.
 
Sənaye və istehsal sektorunun payı isə kəskin azalıb – 354 milyon manat. Bu sahəyə bütün 1 milyard 369,1 milyon manatı və yaxud 7%-i yönəldilib. Amma bu nisbət fevralın yekununda 8,5% olub.
 
Nəqliyyat və rabitə sektorunda isə azalma 24 milyon manat olub. Bu sahədə kreditləşmə 1 milyard 537,4 milyon manatdan 1 milyard 513,4 milyon manata düşüb. Əvəzində sektorun payı 7,6%-dən 7,7%-ə yüksəlib.
 
Və nəhayət, fiziki şəxslərə verilən istehlak kreditləri də azalıb. Ev təsərrüfatlarının kreditləşməsi 156,5 milyon manat azalaraq 7 milyard 583,2 milyon manata düşüb. İstehlak kreditləşməsinin payı isə ötən ilin oktyabr ayından bəri ilk dəfə artıb – 38,1%-dən 38,5%-ə yüksəlib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270