BANK

Bu bankda problemli kreditlər 2 dəfə artıb
06 MAY
1211

Bu bankda problemli kreditlər 2 dəfə artıb

2016-05-06 10:44:00
Bu ilin 1-ci rübünün yekununa görə, “Yapı Kredi Bank (Azərbaycan)”ın  cəmi aktivləri 419,22 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 15,6% artaraq 356,37 milyon manat, cəmi kapitalı isə 3,8% azalaraq 62,85 milyon manat olub. 

Hər 5 manatın 1-də gecikmə var 

3 ayın yekununda “Yapı Kredi Bank (Azərbaycan)”ın kredit portfeli 15,4% azalaraq 238,1 milyon manat təşkil edib. Bunun 43,6 milyon manatı keçmiş kreditlərdir. Son 1 ildə bankın problemli kreditləri 72% artıb. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı isə 9,1%-dən 18,3%-ə ( 2 dəfə artım) yüksəlib.
 

Depozitləri də azalıb

1-ci rübün yekununda “Yapı Kredi Bank (Azərbaycan)”ın depozit portfeli 20,7% azalaraq 39,5 milyon manat olub.
 

Cüzi mənfəəti olub

Hesabat dövründə “Yapı Kredi Bank (Azərbaycan)”ın faiz gəlirləri 5,6% azalaraq 9 milyon manat, faiz xərcləri 10,8% artaraq 3,5 milyon manat, qeyri-faiz gəlirləri 75,3% artaraq 6,9 milyon manat, qeyri-faiz xərcləri isə 0,1% artaraq 7,5 milyon manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 4,9 milyon manata yaxın olub. Bank bunun 2,4 milyon manatını aktivlər üzrə ehtiyatların yaradılmasına yönəldib, təxminən 0,8 milyon manat isə mənfəət vergisi ödəyib. Beləliklə, “Yapı Kredi Bank (Azərbaycan)” 1-ci rübü 1,6 milyon manata yaxın mənfəətlə başa vurub. Xatırladaq ki, 2015-ci ilin eyni dövründən bank 430 min manat ziyanla çıxmışdı. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270