BANK

Rus maşınlarının kreditlə satışı dayandı
06 MAY
443

Rus maşınlarının kreditlə satışı dayandı

2016-05-06 10:03:00

Bakıda rus avtmobillərinin kreditlə satışı dayanıb. Rus avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Xəzər Lada” şirkətindən fins.az-a verilən məlumata görə, avtomobillərin kreditlə satışı ilə bağlı “Bank Milli İran” və “Nikoil Bank”la əməkdaşlıq edilirdi.

Aprel ayının 20-dən etibarən “Nikoil Bank” avto kreditləri tamamilə dayandırıb. “Bank Milli İran” isə bu kreditlərin verilişi xeyli məhdudlaşdırıb. Şirkətdən verilən məlumata görə, bu bank əvvəl gündə 3-4 müştəri ilə müqavilə bağlayırdısa, hazırda bir həftədə bu qədər müştəriyə avtomobil krediti verilir.

Bundan əlavə iş yeri, VÖÜN-ü olmayan, banka borcu olan müştərilərə kredit verməkdən imtina edirlər. Avtomobil almaq istəyən müştərilərin çoxunun isə ya banka böyük məbləğdə borcu var, ya da geckdirilmiş kreditlərini ödəməyiblər.

“Xəzər Lada”dan verilən məlumata görə, bununla yanaşı banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının dollar kreditləri ilə bağlı son qərarından sonra ehtiyat etməyə başlayıblar: “Banklar manat kreditləriylə bağlı da hər hansı qərarın olacağını gözləyirlər. Ona görə də, kredit verilişi dayandırıb borclarını yığımağa başlayıblar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272