BANK

Rayon qeydiyyatında olanlar kredit ala bilmir - VİDEO
05 MAY
285

Rayon qeydiyyatında olanlar kredit ala bilmir - VİDEO

2016-05-05 10:20:00

Rayon qeydiyyatında olan şəxslərə kreditlə mebel satışı dayandırılıb. Heç Bakı qeydiyyatı olmayanlara kreditlə elektron əşyalar da satılmır.

Fins.az xəbər verir ki, əvvəllər qeydiyyatından asılı olmayaraq iş yerindən arayış və tək şəxsiyyət vəsiqəsi ilə kreditlə mobil telefon və məişət əşyalarını almaq mümkün idi.

Bir çox mağaza kreditlə satışı dayandırıb. Yalnız böyük mağazalar kreditlə satış həyata keçirir ki, onlar da rayon qeydiyyatı olanlara bunu qadağan ediblər. Mağazalar problemli kreditlərin artdığı bir vaxtda riskə getmək istəmədiklərini deyirlər.

Mütəxəssislərin sözlərinə görə, daxili kreditlə bağlı qanunvericilikdə bununla bağlı hər hansı bir tələb olnmasa da məsələyə vətəndaşlar arasında ayrı-seçkilik salma müstəvisində yanaşmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272