BANK

Banklar yeni üsulla kredit verəcək
04 MAY
1485

Banklar yeni üsulla kredit verəcək

2016-05-04 14:39:00

Maliyyə Bazarlarına Nəzarət Palatasında ölkədə fəaliyyət göstərən kommersiya bankları ilə görüş keçirilib. Görüşdə ölkənin maliyyə sistemində tətbiqi üçün nəzərdə tutulan yeni kreditləşmə modelinin təqdimatı keçirilib və yeni model ətrafında müzakirə aparılıb.

Görüşdə əsasən dollar kreditləşməsi ilə bağlı məsələ gündəmdə olub.

Yeni modelin ictimaiyyətə bu həftə açıqlanacağı gözlənilir. 

Qeyd edək ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən bir ay müddətinə dayandırılıb və Palata bu müddətin uzadılması hüququnu da özündə saxlayıb. Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə ötən aydan Azərbaycanda təqaüdçülərə istehlak kreditlərinin verilməsi prosesi müvəqqəti olaraq dayandırılıb.

Mənbə: "Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275