BANK

“Pensiyaçılara kredit verilə bilər” – KAPİTAL BANK
04 MAY
449

“Pensiyaçılara kredit verilə bilər” – KAPİTAL BANK

2016-05-04 12:37:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının pensiyaçılara kredit verilməsinə qadağa qoyması “Kapıtal Bank”ın kredit portfelinə ciddi təsir etməyəcək. Fins.az xəbər verir ki, bu barədə bankın Pərakəndə bankçılıq departamentinin rəhbəri İqbal Rüstəmov bildirib.

“Müştərilərimiz təkcə pensiyaçılar deyil” 

Onun sözlərinə görə, təmsil etdiyi bank pensiyaçılarla yanaşı, əmək haqqı, ünvanlı dövlət sosial yardım, müavinət kartları əsasında da kredit verir. Odur ki, Palatanın qərarında çətinlik çəkmədən əməl ediləcək: “Biz palatanın bütün göstəriş və qərarlarını rəhbər tuturuq, onlara əməl edirik. Əgər deyilirsə, pensiyaçılara kredit verməyin, bunu edəcəyik. Əgər hər hansl şərtlə pensiyaçılara kredit verilməsi qərarlaşdırılsa, ona da əməl edəcəyik”.

“Pensiyaçıya qadağa həm müsbət, həm də mənfi haldır”

“Kapital Bank” rəsmisinin fikrincə, pensiyaçıalra kredit verilməməsinin həm müsbət, həm də mənfi cəhəti var: “Müsbət cəhət odur ki, pensiyaçının aldığı məbləğ tam olaraq ona çatır, sosial vəziyyəti pisləşmir. Mənfi cəhət odur ki, vətəndaş öz hüququndan istifadə edə bilmir. Amma biz düşünürük ki, yaşayış minimumu deyilən göstərici nəzərə alınmaqla pensiyaçılara kredit verilə bilər. Hazırda palatada da bununla bağlı müəyyən işlər gedir. Hansı istiqamət seçilsə, biz də ona uyğun addımlar atacağıq”. 

“Pensiyaçılar bizə problem yaratmır” 

İqbal Rüstəmov həmçinin bildirib ki, təmsil etdiyi bank pensiyaçılara verdiyi kreditlərə görə hər hansı problem yaşamır: “Pensiyaçıların heç də hamısına müsbət cavab verilmir. Yəni, onların hamısı bizdən kredit götürə bilmir. Kreditləşmədə meyarlar var, insanın yaşı, borc yükü nəzərə alınır, əgər bu kredit onun maddi durumuna pis təsir edəcəkdə, onun verilməsindən imtina olunur. Yəni, sosial təbəqəyə ehtiyatlı yanaşırıq”. 

Bundan başqa, onun sözlərinə görə, pensiyaçılara kredit məhdud məbləğdə, 3 il müddətinə verilir. Yəni, aylıq ödəniş elə müəyyən edilir ki, pensiyaçı krediti qaytarmaqda maksimum az çətinlik çəksin. Odur ki, pensiyaçılar arasında “Kapital Bank”a problem yaradanları, krediti vaxtında ödəməyənlər yox dərəcəsindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270