BANK

Bu bankın mənfəəti 20 dəfə azalıb
04 MAY 2016
666

Bu bankın mənfəəti 20 dəfə azalıb

2016-05-04 10:44:00

2015-ci ilin yekununa görə, “Xalq Bank”ın cəmi aktivləri 1 milyard 580,36 milyon manat təşkil edib. Fins.az bankın audit hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 25,9% çoxdur.

İl ərzində bankın cəmi öhdəlikləri 31% artaraq 1 milyard 371,12 milyon manat, cəmi kapitalı isə 0,3% artaraq 209,24 milyon manat olub. İlin yekununda “Xalq Bank”ın kredit portfeli 1 milyard 288,5 milyon manat təşkil edib. Bu da 2014-cü ilin yekununa nisbətən 24,3% çoxdur. Bankın depozt portfeli isə 36,5% artaraq 1 milyard 144,8 milyon manat olub.

“Xalq Bank” 2015-ci ili 599 min manat xalis mənfəətlə başa vurub. Bu da 2014-cü illə müqayisədə təxminən 20 dəfə azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289