BANK

Krediti qaytarmayanlar böyük cərimə ödəyəcək
04 MAY
675

Krediti qaytarmayanlar böyük cərimə ödəyəcək

2016-05-04 08:05:00

Azərbaycanda saxta müflisləşməyə görə cərimələr artırılır. Fins.az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

 Məcəllənin hazırkı maddələrinə əsasən, yuxarıda qeyd olunan hallara görə vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 10 min manatdan 12 min manatadək məbləğdə cərimə edilir.

Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına tövsiyə olunub.

Mənbə: "Trend"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275