BANK

Mərkəzi bankdan “faiz” qərarı
03 MAY
1750

Mərkəzi bankdan “faiz” qərarı

2016-05-03 17:32:00

Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametlərini dəyişdirib. Fins.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir: 

Mərkəzi Bank öz mandatına uyğun olaraq makroiqtisadi sabitliyin təmin olunmasına yönəlmiş tədbirləri davam etdirir. Pul siyasətinin başlıca məqsədi olan qiymət sabitliyini təmin etmək üçün çevik monetarəməliyyatların aparılması istiqamətində zəruri işlər görülməkdədir.

Milli iqtisadiyyatda və işgüzar fəallıqda müşahidə edilən son meyillər, məcmu tələbin həcmi vəstrukturunda baş verən son dəyişikliklər nəticəsində inflyasiyanın formalaşmış faktiki səviyyəsi vəinflyasiyaya təsir edən əsas tsiklik və struktur amillərin davranışı, habelə inflyasiya gözləntilərinin sabitləşməsi faiz dəhlizinin yuxarı həddinin aşağı endirilməsini şərtləndirir. Eyni zamanda son dövrlər dövlət qiymətli kağızları üzrə gəlirlikdə, habelə banklararası pul bazarında faiz dərəcəsində müşahidəedilən meyillərdə buna əsas verir.

Digər tərəfdən, Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitləşdirilməsi siyasəti çərçivəsində müvafiq iqtisadi qurumlarla birgə razılaşdırılmış pul proqramına uyğun olaraq pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün müvafiq həcmdə likvidliyin sterilizasiyası əməliyyatlarının da aparılmasını planlaşdırır. Bu isə faiz dəhlizinin aşağı həddinin qaldırılmasını zəruri edir. Faiz dəhlizinin aşağı həddinin qaldırılması ilə sterilizasiya əməliyyatlarının aparılması milli valyutada yığımların cəlbediciliyini yüksəltməklə manata olan inamın artması və valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından daəhəmiyyətlidir. 

Bütün bunları, habelə cari il üçün sıx kooordinasiya rejimində həyata keçirilməsi nəzərdə tutulan monetar, fiskal və maliyyə sabitliyi siyasətlərindən irəli gələn vəzifələri nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti 3 may 2016-cı il tarixindən uçot dərəcəsini 7% səviyyəsində dəyişməz saxlamaqla likvidlikəməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%-dən 4%-ə qaldırmaq, yuxarı həddini isə 17%-dən 15%-ə endirmək barədə qərar qəbul etmişdir.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə 1 gündən 7 günədək olan müddətə likvidliyin verilməsi və cəlb olunması əməliyyatları həyata keçirilir. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə məhdudiyyətsiz olaraq istifadə edəbilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272