BANK

İran bankı ziyandadır – HESABAT AÇIQLADI
03 MAY
350

İran bankı ziyandadır – HESABAT AÇIQLADI

2016-05-03 13:18:00

Bu ilin 1-ci rübünün yekununa görə, İran Milli Bankının Bakı filialının cəmi aktivləri 100,6 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin sonu ilə müqayisədə 0,3% azdır. Rüb ərzində filialın cəmi öhdəlikləri 0,9% artaraq 50,1 milyon manat, cəmi kapitalı isə 1,4% azalaraq 50,5 milyon manat olub.

Qiymətli kağızlar bazarına pul qoyub

3 ayın yekununda İran bankın aktivlərində kredit portfeli 10,7 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 4,1% çoxdur. Bank həmçinin qiymətli kağızlar bazarına 2,6 milyon manat investisiya qoyub.

Bankın öhdəliklərində depozit portfeli isə 2,2 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 20,2% azdır.

Ziyana işləyib

Hesabat dövründə İran Milli Bankının Bakı filialının faiz gəlirləri 803,5 min manat, faiz xərcləri 6,6 min manat, qeyri-faiz gəlirləri 27,3 min manat, qeyri-faiz xərcləri isə 4,5 min manat olub. Bank aktivlər üzrə ehtiyatların yaradılmasına 1 milyon 84,2 min manat, xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsinə 39,5 min manat, xarici valyuta əməliyyatlarına 5 min manat, inzibati xərcləri 417,4 min manat pul xərcləyib, həmçinin qiymətli kağızların ticarətindən  5,8 min manat ziyana düşüb.

Beləliklə, İran bankının vergidən əvvəlki ziyanı 727,1 min manat təşkil edib. Bank mənfəət vergisi üzrə xərclərini 5,4 min manat azaltdığı və sair əməliyyatlardan 0,3 min manat gəlir əldə etdiyi üçün 1-ci rübü 721,4 min manat ziyanla başa vurub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275