BANK

“AGBank” zərərini gizlətmədi
03 MAY
530

“AGBank” zərərini gizlətmədi

2016-05-03 12:50:00

Bu ilin 1-ci rübünün yekununda “AG Bank”ın cəmi aktivləri 517,26 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bunun 434,42 milyon manatı cəmi öhdəliklər, 82,84 milyon manatı isə cəmi kapitaldır.

Problemli kreditləri 24%-dir

3 ayın yekununda “AGBank”ın kredit portfeli 366,4 milyon manat təşkil edib. Bunun təxminən 24%-i və yaxud 88,1 milyon manatı vaxtı keçmiş kreditlərdir. Bunun 62,6%-i və yaxud 55,2 milyon manatı Bakının payına düşür. Bankın Sumqaytda 13,4 milyon manat, Ağdaşda 4,6 milyon manat, Yevlaxda 4,1 milyon manat Gəncədə 3,9 milyon manat problemli krediti var.

Bankın depozit portfeli isə 220,3 milyon manat olub. “AGBank” həmçinin Azərbaycan Mərkəzi Bankına 21 milyon manat borcludur.

Mənfəət əldə etməyib

Hesabat dövründə, “AGBank”ın faiz gəlirləri 12,9 milyon manat, qeyri-faiz gəlirləri isə 13,15 milyon manat, qeyri-faiz xərcləri 21,45 milyon manat, faiz xərcləri 7,03 milyon manat olub. Beləliklə, bankın xalis əməliyyat ziyanı 2,44 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275