BANK

“Bank Standard”dan əmanətləri 1 ay sonra götürmək mümkün olacaq
03 MAY
591

“Bank Standard”dan əmanətləri 1 ay sonra götürmək mümkün olacaq

2016-05-03 12:17:00

“Bank Standard”ın likvid aktivlərinin səfərbər edilməsi və lazım ola biləcək əlavə dövlət dəstəyinin həcmini müəyyənləşdirmək üçün məhkəmə qərarı ilə 1 ay müddətinə fiziki və hüquqi şəxslərin əmanətlərinin ödənilməsi dayandırılmışdır (moratorium qoyulmuşdur).

Bu barədə Fins.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

“Bir ay müddətində dövlət dəstəyinin həcmi tam müəyyənləşdikdən sonra əmanətçilər öz depozitlərindən istifadə edə biləcəklər.

Tətbiq olunmuş moratorium heç bir halda bankın və onun müştəriləri olan təşkilatların işçilərinə əmək haqlarının ödənişinə şamil olunmur. Artıq banka ayrılmış likvidlik dəstəyi hesabına əmək haqlarının ödənişinin keçirilməsinə başlanılıb”,- Palatadan bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270