BANK

Hansı banklarda internet bankinq var? – SİYAHI, İMKANLAR, QİYMƏTLƏR
03 MAY
686

Hansı banklarda internet bankinq var? – SİYAHI, İMKANLAR, QİYMƏTLƏR

2016-05-03 10:49:00

Son vaxtlar Azərbaycanın bank sektorunda ən sürətlə inkişaf edən xidmətlərdən biri də internet bankinqdir. Getdikcə daha çox bank belə xidmətə başlayır, internet bankinqi əvvəlcədən olan banklar isə onun imkanlarını genişləndirirlər. Digər xidmətlərlə bağlı durğunluğa baxmayaraq internet bankinqə müştərilər tərəfindən də maraq böyükdür. İnternetlə bankçılıq müştərilər üçün hər şeydən əvvəl  vaxta qənaət və hesabın banka getmədən idarə olunmasına görə maraqlıdır.

“Internet Banking” xidməti  müştəriyə kart hesablarını  dünyanın hər bir yerindən, internetə çıxışı olan komputer vasitəsilə, günün 24 saatı ərzində izləmək və idarə etmək imkanı yaradır. Bu xidmət vasitəsilə müştərilər öz hesablarını, kartlarını, əmanətlərini, köçürmə və ödənişlərini Banka gəlmədən rahat və təhlükəsiz qaydada idarə edə bilərlər.

“Internet Banking”lə hansı əməliyyatlar aparmaq olar?

Azərbaycan banklarında internet bankinqlə bağlı xidmətlər müxtəlifdir, amma onları ümumiləşdirəndə, bütün banklar üzrə standart olan xidmətləri müəyyən etmək olar. Bunlar 

• əməliyyatlar üzrə hesabdan çıxarışların alınması;

• bank hesabının idarə edilməsi;

• online rejimində hesabın qalığının öyrənilməsi;

• kommunal xidmətlər, mobil rabitə və s. ödənişlərin aparılması;

• ödəniş kartının müvəqqəti bloklaşdırılması;

• kart hesabları arasında köçürmələrin aparılması (KartdanKarta);

• ödəniş kartı olmayan şəxslərə “Cash-by-Code” xidməti vasitəsilə vəsaitin göndərilməsi;

• ATM-lərdən nağd vəsaitin çıxarılması üçün gündəlik limitin müvəqqəti (bir gün müddətinə) dəyişdirilməsidir.

İnternet bankinqə necə qoşulmaq olar?

Xidmətdən istifadə etmək üçün müştərisi olduğunuz banka yaxınlaşmağınız kifayətdir. Şəxsiyyət vəsiqənizi təqdim etməklə və zəruri sənədləri (xidmətlərin təqdim edilməsi üçün Müqaviləni və Sifarişi) doldurmaqla, Siz İnternet-Bank sisteminin istifadəçisi olursunuz.

Sistemə giriş üçün Sizə içərisində autentifikasiya göstəriciləri olan zərf veriləcəkdir. Bu prosedur 5 iş gününə qədər vaxt apara bilər. Xidmət əksər banklarda pulsuzdur.

İnternet bankçılığa qoşulmaq üçün əsasən aşağıdakı sənədlər tələb olunur:

1. AR vətəndaşları üçün şəxsiyyət vəsiqəsi və ya ona əlavə Forma №9

2. Xarici vətəndaşlar üçün Pasport (giriş vizanın surəti, Miqrasiya orqanı tərəfindən verilmiş vəsiqə) 

"Internet Banking" sistemi nə dərəcədə təhlükəsizdir? 

"Internet Banking" sistemi yüksək səviyyədə müdafiə olunur:

• "Internet Banking"-də bütün ötürülən məlumat şifrlənir.

• İstifadəçinin eyniləşdirilməsi (identifikasiyası) üçün elektron sertifikatlardan istifadə edilir.

• Internet Banking sistemində yalnız cari iş seansı ərzində etibarlı olan birdəfəlik parollardan istifadə olunur. 

Ödəniş şablonları 

İnternet bankinqin təqdim etdiyi ən faydalı və əlverişli xidmətlərdən biri ödəniş şablonlarıdır. Ödəniş şablonu internet bankinqdə ödəniş cədvəlidir. Müştəri öz cari ödənişlərini (məsələn, həftəlik, aylıq, illik, rüblük və s.) bu cədvələ yerləşdirir və bundan sonra sistem özü vaxtaşırı bu ödənişləri  həyata keçirir. Yəni daha müştərinin hər dəfə ödəniş etməsinə ehtiyac qalmır. Məhz buna görə ödəniş şablonları istənilən internet bankinq sisteminin ayrılmaz hissəsidir.

Ödəniş şablonu yaratmaq üçün müştəri tərəfindən lazımi məlumatlar sistemə daxil edilir və yadda saxlanılır. Növbəti dəfə həmin ödəniş üzrə təkrar əməliyyat aparmaq üçün məlumatların daxil olunmasına ehtiyac qalmır.

Ödəməni təsdiqləmək üçün Sizə birdəfəlik parolların əldə olunması növlərinin seçimi təqdim olunur: birdəfəlik parolların SMS, MobilBank və ya ATM vasitəsilə ilə əldə olunması. Qeydiyyat üsulu da asanlaşdırılmışdır. Əgər plastik kartınız SMS Notifications xidmətinə qoşulubsa, ATM-dən əldə olunan birdəfəlik parol siyahısından istifadə etmədən sistemdə qeydiyyatdan keçə bilərsiniz.

Hansı banklar internet bankinq xidməti göstərir?

Internet bankinq xidmətinin keyfiyyəti və təqdim olunan əməliyyatların müxtəlifliyi bankın hansı prosessinq mərkəzi ilə çalışmasından asılı olaraq fərqlənə bilər:

«AzeriKard»ın xətti ilə internet bankinqə qoşulan banklar aşağıdakılardır. 

AFB Bank

AG Bank

Amrah Bank

Ata Bank- xidmə müvəqqəti olaraq dayandırılıb.

Azer Türk Bank

Azərbaycan Beynəlxalq Bankı

Bank Avrasiya  (Xidmətin aktivləşdirilməsi üzrə komisyon haqqı - 10 AZN;

- Elektron yaddaş qurğusunun itirilməsinə görə cərimə - 10 AZN.)

Bank BTB

Bank Respublika (İllik xidmət haqqı 12 manatdır)

Bank Silk Way

Caspian Development Bank (İllik xidmət haqqı 10 manatdır)

Deka Bank

Günay Bank

NBC Bank

Nikoil Bank (İllik xidmət haqqı 10 manatdır)

Para Bank

Paşa Bankda bu xidmət daxili müştərilər üçün nəzərdə tutulub. Xidmət pulsuzdur.

Rabitə Bank- Xidmət pulsuzdur

VTB Bank- Xidmətin yaxın günlərdə aktivləşməsi gözlənilir. 

«MilliKart»ın xətti ilə internet bankinqə qoşulan banklar aşağıdakılardır

Dəmirbank (İllik xidmət haqqı 5 manatdır)

Azərbaycan Sənaye Bankı

Expressbank

Özünün ayrıca internet bankinq xidməti olan banklar:

Kapital Bank

Yapı Kredi Bank 

Unibank

Xalq Bank (İllik xidmət haqqı 10 manatdır)

AG bank

AccessBank

Bank Standard  (Qoşulma üzrə xidmət haqqı 10-40 manat)

Bank of Baku

Nikoil Bankda Hüquqi şəxslər və fərdi sahibkarlar üçün İnternet-bank xidməti də mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272