BANK

Dövriyyədə olan manat çoxalır
02 MAY
567

Dövriyyədə olan manat çoxalır

2016-05-02 18:04:00

Azərbaycanda pul bazasının həcmi 2016-cı ilin aprel ayı ərzində 190,3 milyon manat və ya 2,9% artaraq mayın 1-nə 6 726,1 milyon manat təşkil edib.

Mərkəzi Bankdan fins.az-a verilən məlumata görə, pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 692,5 milyon manat və ya 9,33% azalıb.

Xatırladaq ki, pul bazasının həcmi 2015-ci il yanvarın 1-nə 11 541,9 milyon  manat, fevralın 1-nə 10 551,0 milyon manat, martın 1-nə 9 109,9 milyon manat, aprelin 1-nə 8 339,4 milyon manat, mayın 1-nə 7 418,6 milyon manat, iyunun 1-nə 7 597,3 milyon manat, iyulun 1-nə 7 487,0 milyon manat, avqustun 1-nə 7 467,5 milyon manat, sentyabrın 1-nə 6 352,1 milyon manat, oktyabrın 1-nə 7 050,4 milyon manat, noyabrın 1-nə 7 055,9 milyon manat, dekabrın 1-nə 6 730,6 milyon manat, 2016-cı il yanvarın 1-nə 6 901,8 milyon manat, fevralın 1-nə 5 787,4 milyon manat, martın 1-nə 6 388,5 milyon manat, aprelin 1-nə isə 6 535,8 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272