BANK

Kredit ittifaqlarına daha bir qurum pul verdi
02 MAY 2016
916

Kredit ittifaqlarına daha bir qurum pul verdi

2016-05-02 16:03:00

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Azərbaycanın kredit ittifaqlarına maliyyə dəstəyini bərpa edib. Bu barədə fins.az-a açıqlamasında Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) İdarə Heyətinin sədri Cəlil Süleymanov bildirib. Onun sözlərinə görə, nazirlik yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kredit itttifaqlarına təxminən 1 milyon manat vəsait ayırıb. Artıq həmin vəsaitin yarıdan çoxu 8 kredit ittifaqına çatıb.

Belə ki, 4 ittifaqın hər birinə 100 min manat, qalan 4 ittifaqın isə hər birinə 30-40 min manat borc verilib. Mikromaliyyə təşkilatları borcu illik 2%-lə cəlb ediblər. 100 min manatlıq kreditlər 5 il müddətinə, digər kreditlər isə 3 il müddətinə ayrılıb.

Kredit ittifaqları həmin vəsaiti heyvandarlıq və kənd təsərrüfatı məhsullarını emalı sahəsində fəaliyyət göstərən sahibkarlara yönəldib. İş adamlarına borc 3-5 il müddətinə, illik 7%-lə verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7020
  • € EUR
    1.9062
  • ₽ RUB
    0.0300