BANK

Problemli kreditlər rəsmi rəqəmdən 3 dəfə çoxdur - MOODY'S
02 MAY
777

Problemli kreditlər rəsmi rəqəmdən 3 dəfə çoxdur - MOODY'S

2016-05-02 12:05:00

Moody`s – beynəlxalq kredit reytinqi agentliyi Azərbaycan banklarında vaxtı keçmiş krditlərin payının 20% ətrafında olduğunu hesab edir. Qurumun açıqlamasında bildirilir ki, manatın təkrar devalvasiyası və iqtisadi geriləmə bank sektorunun sabitliyinə təhlükə yaradıb. Bu isə öz növbəsində problemli kreditlərin həcmini sürətlə artırır. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının fevral ayının yekununa əsasən açıqladığı statistikaya görə, ölkədə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 6,5% təşkil edib. Göründüyü kimi rəsmi rəqəm “Mood’s”un açıqladığı rəqəmdən təxminən 3 dəfə azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272