BANK

ABŞ Azərbaycanda maliyyə sisteminin sağlamlaşdırılmasına kömək etmək istəyir
30 APREL
559

ABŞ Azərbaycanda maliyyə sisteminin sağlamlaşdırılmasına kömək etmək istəyir

2016-04-30 13:46:00

Maliyyə Bazarlarına Nəzarət Palatasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüş keçirilib. Qurumdan fins.az-a verilən məlumata görə, palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Amerika Birləşmiş Ştatları ilə bütün sahələrdə sıx əməkdaşlıq  əlaqələrinin olduğunu xüsusi qeyd edib.

O, ölkənin maliyyə bazarlarının mövcud vəziyyəti barəsində danışaraq, son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər fonunda  bu sahədə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. Palata sədri  böyük təcrübəyə malik nüfuzlu beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Hökuməti tərəfindən qısa müddət ərzində həyata keçirilən islahatların əhəmiyyətini qeyd edən Robert Sekuta maliyyə sisteminin gücləndirilməsi istiqamətində beynəlxalq təçrübə və expertizadan faydalanmaq imkanlarından danışıb. R.Sekuta tərəqiyyə doğru irəliləyişin əldə edilməsi və maliyyə sisteminin sağlamlaşdırılması istiqamətində daha geniş və dərin iqtisadi inkişafa təkan verəcək əməkdaşlıqda maraqlı oluqlarını vurğulayıb.

Sonda tərəflər arasında inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271