BANK

Azərbaycanda törəməsi olan bank əmanət faizlərini azaldıb
29 APREL
506

Azərbaycanda törəməsi olan bank əmanət faizlərini azaldıb

2016-04-29 19:17:00

Rusiyanın “VTB” bankı əmanətlər üzrə faiz dərəcələrini azaldıb. Fins.az-ın xəbərin ə görə, bankın yaydığı məlumatda bildirilir ki, faizlərin azaldılması barədə qərar həm rubl, həm dollar, həm də avro əmanətlərinə aiddir. Belə ki, əmanətlərin illik gəlirliliyi orta hesabla rublda 0,6%, dollarda 0,3%, avroda isə 0,5% bəndi azaldılıb. Bu qərarın qəbul olunmasına səbəb əmanətlərin sığortalanması üçün çəkilən xərclərin artmasıdır. Belə ki, “VTB” bankı əvvəlki vaxtlarla müqayisədə daha çox sığorta haqqı ödəyir.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın “Sberbank”ı da əmanətlərin faiz dərəcəsini 0,5-1,5% bəndi azaltmışdı. Analitiklər hesab edir ki, bu cür qərarlar gec-tez ölkənin əksər banklarında qəbul olunacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272